Türk Dövlətləri Təşkilatının (TDT) 2027–2031-ci illər üçün yeni inkişaf strategiyasının hazırlanması üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm vəzifəyə çevrilir.
Paraqraf.com-un məlumatına görə, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, beynəlxalq təhlükəsizliyin və iqtisadi əməkdaşlığın qlobal arxitekturasının parçalanması fonunda etimada, tarixi yaxınlığa və ortaq maraqlara əsaslanan regional təşkilatların rolu artır.
“Şübhəsiz ki, Qəbələ sammitindən sonra yaranan müxtəlif risklər praktiki əməkdaşlığın genişlənməsinə, həmçinin qarşılıqlı ticarətin və investisiyaların artmasına əlavə təkan verib. Bu kontekstdə TDT-nin 2027–2031-ci illər üçün yeni inkişaf strategiyasının hazırlanması aktual vəzifəyə çevrilir”, – A.Aripov deyib.
Baş nazrin sözlərinə görə, Özbəkistan təşkilatın üzv dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsini hərtərəfli dəstəkləyir.
Paraqraf.com
![]()
