Skip to content
25 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 1
  • Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib

admin 01 Aprel 2026 4 minutes read
270a4ce6-fd6f-4d12-b280-ebde57aaf2de_1200
PAYLAŞIN:

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.

Bu barədə Paraqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumata verilib.

Bildirilib ki, 2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar (ali təhsil haqqında məlumatları MyGov.az portalının “Təhsil məlumatlarım” bölməsində olanlar), həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər (müvafiq məlumatları “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası“nda) qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə “Bakalavrın elektron ərizəsi”ni təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların məntiqi təfəkkürləri, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (II cəhd) 2026-cı il mayın 17-də keçirilməsi nəzərdə tutulur.

İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir
Next: Aprel ayına olan hava proqnozu açıqlanıb

OXŞAR MÖVZULAR

kAn6mPtz2FtZDqJmcKlwKnxb4rXMlSc6rlRSvqXQ_1200

MİQ-də iştirak üçün ödənişin məbləği təsdiq edilib

admin 24 Aprel 2026
17339078385190155986_1200x630_2_1777024333

Emin Əmrullayev: “İşğaldan azad olunmuş ərazilərdə 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır”

admin 24 Aprel 2026
5kBqRPMieEcY4zhldNoHpghU3knuXjRRcFEDkN57_1200

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

admin 22 Aprel 2026

XƏBƏR LENTİ

AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır g2a7seKzbywRTVyCZup2WH3GHeA37t4rhTcbiUj2_1200

AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır

25 Aprel 2026
Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib 7nvd5EFD1IEn9tgGLVCWX65Q495wpGAobCXntpfm_1200

Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib

25 Aprel 2026
Ceyms Trafford “Mançester Yunayted”ə keçməkdən imtina edib 091S1DLmbbIVHiy2CAupYhiBovdmaTOHwwZkhORy_1200

Ceyms Trafford “Mançester Yunayted”ə keçməkdən imtina edib

25 Aprel 2026
Azərbaycanın U-20 millisi Qəbələdə təlim-məşq toplanışını davam etdirir dAf0Kp8BKrn8JCPnVJaeIZLVpBf49Uw7tsnmbZHc_1200

Azərbaycanın U-20 millisi Qəbələdə təlim-məşq toplanışını davam etdirir

25 Aprel 2026
Azərbaycan Basketbol Liqasında yarımfinalın ikinci oyunlarına start verilir b9de69d0-5243-3b67-9f0a-5d2e3e696837_1200

Azərbaycan Basketbol Liqasında yarımfinalın ikinci oyunlarına start verilir

25 Aprel 2026
Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq 61af04e2-3a9e-4b3d-8e3a-bd3cc760aa45_1200

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

25 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.