Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda hava şəraiti ilə bağlı sığorta hadisələri üzrə ehtimal olunan zərər 10 milyon manata çata bilər
İQTİSADİYYAT

Azərbaycanda hava şəraiti ilə bağlı sığorta hadisələri üzrə ehtimal olunan zərər 10 milyon manata çata bilər

01 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda 20-30 mart tarixləri arasında normadan yuxarı yağıntılar və əlverişsiz hava şəraiti fonunda sığorta zərərinin həcmi 10 milyon manata çatacağı proqnozlaşdırılır.

Bu barədə Paraqraf.com-a Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat verib.

Sözügedən dövrdə paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində bayram tədbirləri və tətil səfərləri, həmçinin normadan artıq yağış və güclü hava şəraiti nəticəsində çoxsaylı hadisələr qeydə alınıb.

Qeyd olunan tarixlər ərzində baş verən sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4 576 müraciət daxil olub. Müraciətlərin 3 636-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 651-i “KASKO” (avtonəqliyyat vasitələrinin sığortası), 210-u “Daşınmaz əmlakın icbari sığortası”, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə olub. Təqdim edilən məlumata görə, qiymətləndirilməsi artıq başa çatmış 4 045 sığorta hadisəsi üzrə gözlənilən zərər məbləği 6 milyon 57 min 25 manat təşkil edir. Qalan 531 hadisə ilə əlaqədar zərərin hesablanması prosesi hələ davam edir.

“Hazırda daxil olan bütün müraciətlər üzrə hadisələrin tənzimlənməsi və zərərin dəqiqləşdirilməsi mərhələsi həyata keçirilir. Sığorta hadisəsi kimi təsdiqlənən hər bir hal üzrə müvafiq kompensasiya ödənişlərinin aparılması nəzərdə tutulur. İlkin hesablamalara əsasən, bütün hadisələr üzrə qiymətləndirmə prosesi tamamlandıqdan sonra ümumi zərər həcminin təqribən 10 milyon manata çatacağı proqnozlaşdırılır”, – məlumatda deyilir.

Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə ünvanlanan müraciətlərin 77 %-i paytaxt Bakıda, 23 %-i isə digər bölgələrdə, xüsusilə şimal regionunda qeydiyyata alınıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda MMC-lərin nizamnamə kapitalının artırılması mexanizmi təkmilləşdiriləcək

Next

Sərnişin daşımasında yeni qaydalar: Avtonəqliyyat vasitələrinin sığortalanması məcburi olacaq

Copyright 2026— Praqraf.com. All rights reserved