Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Azərbaycan alüminiumu” ASC ləğv edilir
MANŞET

“Azərbaycan alüminiumu” ASC ləğv edilir

01 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

“Azərbaycan alüminiumu” ASC ləğv ediləcək.

Paraqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.

Bununla bağlı Maliyyə Nazirliyinə “Azərbaycan alüminiumu”nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.

Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb.

“Azərbaycan alüminiumu”nun aktivləri “Azəralüminium” MMC-nin balansına veriləcək. Nazirlər Kabineti müəssisənin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və “Azərbaycan Alüminiumu” SC-ni idarə etmək hüququna dair Müqavilə”nin təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 31 mart 2001-ci il tarixli sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi, eləcə də Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq

Next

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək

Copyright 2026— Praqraf.com. All rights reserved