Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 31
  • Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub – FOTOLAR

Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub – FOTOLAR

admin 31 Mart 2026 5 minutes read
1773339467_mg-20260312-wa0106
PAYLAŞIN:

Ramazan ayı münasibətilə Benilüks Azərbaycanlıları Konqresi, Dayaq – Vətən Müharibəsi əlilərinə və Şəhid ailələrinə dəstək Təşkilatı və Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasınin təşkilatçılığı, İydə Parfumeriya mağazalar şəbəkəsinin tərəfdaşlığı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin informasiya dəstəyi ilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri Suraxanı Rayonu İcra Hakimiyyətin Başçısı Adil Əliyev, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Koordinatoru Elsevər Məmmədov,
Millət vəkilləri Əziz Ələkbərli, Hikmət Babaoğlu, Razi Nurullayev, Nigar Məmmədova, Rizvan Nəbiyev, Vüqar İsgəndərov, Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşarı, Qərbi Azərbaycan İcmasının sədr müavini, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Dayaq Təşkilatının rəhbərliyi Qalib Əliyev və Məcid Məmmədov, Müasir İntenet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, Şəhid ailəri, qazilərə hər zaman diqqət və qayğısı ilə seçilən İydə Parfumeriya mağazalar şəbəkəsinin rəhbəri Ülvi Xəlilbəyli, Azərbaycan Milli QHT Forumunun idarə heyyətinin sədri Ramil İsgəndərli, şəhid anası Arzu Məmmədova, Vətən müharibəsi qazisi Ramin Şirinov, Şəhid ailələri, Qazilər, Azərbaycanın Milli Qəhrəmanları
və tanınmış ictimaiyyət nümayəndələri fəal iştirak edərək çıxış ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti haqqında təqdimat videosu nümayiş etdirilib. “BAK”-ın sədri, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov çıxış edərək xaricdə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsi, diaspora fəaliyyətinin gücləndirilməsi və şəhid ailələri ilə qazilərə göstərilən diqqətin vacibliyini vurğulayıb.
Eyni zamanda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və Niderland Krallığında fəaliyyət göstərən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin xaricdə yaşayayan Azərbaycanlılara göstərdikləri dəstək və qayğı barədə tədbir iştirakçılarına geniş məlumat verildi.

İftar vaxtından sonra tədbir proqramı çərçivəsində çıxışlar davam edib. “Dayaq” Təşkilatının rəhbərliyi tərəfindən vətən uğrunda sağlamlığını itirmiş qazilərə və şəhid ailələrinə göstərilən dəstəyin əhəmiyyətindən bəhs olunub.

Çıxışlarda o da qeyd olunub ki, Azərbaycan diasporunun inkişafı və dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əsas müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Vurğulanıb ki, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsini, onların təşkilatlanmasını və Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda qətiyyətlə müdafiə olunmasını daim diqqət mərkəzində saxlayır.

Tədbir zamanı Azərbaycan həqiqətlərinin Avropada təbliğində Benilüks Azərbaycanlıları Konqresi ilə göstərdikləri səmərəli əməkdaşlıq münasibətlərinə görə
Suraxanı Rayonu İcra Hakimiyyətin Başçısı Adil Əliyev, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov Benilüks Azərbaycanlıları Konqresinin medalı ilə təltif ediliblər.

Təltif olunan şəxslər çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər və diaspora təşkilatları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Tədbirin bədii hissəsində muğam ifaçısı Yusif Cəfərbəylinin ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib və Ramazan ayının mənəvi dəyərlərini əks etdirən görüş səmimi mühitdə davam edib. İftar süfrəsi həmrəyliyin, milli birlik və qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.











Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
Next: Universitetlərin regionlara köçürülməsi: inkişaf üçün yeni mərhələ?

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.