Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 39 milyon 282 min ABŞ dolları təşkil edib.
Paraqraf.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,7 % azdır.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 99,1 % azalaraq 654 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 72,6 % azalaraq 38 milyon 627 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,1 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
