Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/31 Mart – Azərbaycanlıların soyqırımı günü: Tarixin unudulmaz yaddaşı
MANŞET

31 Mart – Azərbaycanlıların soyqırımı günü: Tarixin unudulmaz yaddaşı

31 Mart 2026 1 Min Read
PAYLAŞIN:

31 mart 1918-ci il… Bu tarix sadəcə bir gün deyil, xalqımızın yaddaşına qanla yazılmış acı bir həqiqətdir. Həmin dövrdə Bakı Sovetinin tərkibində fəaliyyət göstərən bolşevik silahlı dəstələri və erməni daşnak qüvvələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızlıqla qətlə yetirildi.

Bu faciə yalnız Bakıda deyil, Şamaxı, Quba və digər bölgələrdə də kütləvi qırğınlarla müşayiət olundu. Şamaxıda şəhər demək olar ki, yerlə-yeksan edildi, məscidlər dağıdıldı, günahsız insanlar diri-diri yandırıldı. Qubada aşkarlanan kütləvi məzarlıqlar isə bu gün də həmin dəhşətli hadisələrin susmayan şahidi kimi qalmaqdadır. Bu vəhşiliklər yalnız insanlara deyil, həm də bir xalqın tarixini, mədəniyyətini və kimliyini silməyə yönəlmişdi.

O günlərdə xalqımız ağır sınaqlardan keçsə də, iradəsini, dözümlülüyünü və birliyini qoruyub saxladı. Bu gün biz həmin gücün, həmin birlik ruhunun nəticəsi olaraq müstəqil və güclü Azərbaycan dövlətinin vətəndaşlarıyıq.

31 Mart bizə bir daha xatırladır ki, tariximizi bilməli, onu unutmağa imkan verməməliyik. Çünki tarixini unudan xalq gələcəyini də itirə bilər. Bu faciələr keçmişin bir səhifəsi deyil, milli yaddaşımızın silinməz bir parçasıdır.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, regionda söz sahibi olan müstəqil dövlət kimi inkişaf edir. Lakin tarix göstərir ki, bu torpaqlar hər zaman müxtəlif qüvvələrin maraq dairəsində olub. Xüsusilə də erməni dairələrinin iddiaları fonunda ayıq-sayıq olmaq, tarixdən dərs çıxarmaq və milli birliyi qorumaq hər birimizin borcudur.

31 Mart – həm kədər, həm yaddaş, həm də qürur günüdür. Bu günü anmaq təkcə keçmişi xatırlamaq deyil, həm də gələcək üçün daha güclü, daha birləşmiş olmaq deməkdir.


Səbinə Hacıyeva

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qalib Qasımov – Azərbaycan incəsənətinin inkişafına töhfə verən sənətşünas

Next

Komitə xəbərdarlıq edir: məcburi evləndirənlər cərimələnəcək

Copyright 2026— Praqraf.com. All rights reserved