Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb
İDMAN

Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb

30 Mart 2026 1 Min Read
PAYLAŞIN:

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

Paraqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.

T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cermeyn Defo “Uokinq” komandasının baş məşqçisi təyin olunub

Next

İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Copyright 2026— Praqraf.com. All rights reserved