Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Türkiyə və Yunanıstanda miqrant qaçaqmalçılığı ilə bağlı 75 Azərbaycan vətəndaşı həbs edilib
HADİSƏ

Türkiyə və Yunanıstanda miqrant qaçaqmalçılığı ilə bağlı 75 Azərbaycan vətəndaşı həbs edilib

29 Mart 2026 1 Min Read
PAYLAŞIN:

2025-ci ildən etibarən ölkə hüdudlarından kənarda bir qrup Azərbaycan Respublikası vətəndaşlarının trans-milli mütəşəkkil cinayətkar şəbəkənin təsiri altına düşərək, Türkiyə-Yunanıstan istiqamətində qanunsuz miqrasiya və insan qaçaqmalçılığı fəaliyyətinə cəlb olunmasına dair əməliyyat məlumatları daxil olub.

Paraqraf.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti ilə “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” adlı sənədli filmində deyilir.

Qeyd olunub ki, ümumilikdə 75 nəfər Azərbaycan Respublikası vətəndaşı qanunsuz miqrasiyanın həyata keçirilməsində iştirak etdiklərinə görə Türkiyə və Yunanıstan hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.

Vurğulanıb ki, Dövlət Təhlükəsizliyi Xidməti sözü gedən qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması istiqamətində beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq, Azərbaycan daxilində zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və hüquqi müstəvidə addımların atılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir:

“Vətəndaşlarımıza bu kimi cinayətkar fəaliyyətlərə maddi, eləcə də digər maraqlar müqabilində qoşulmamaları, əks halda cinayət məsuliyyətinə cəlb edilmə və azadlıqdan məhrum etmə cəzası ilə üz-üzə qalacaqları barədə xəbərdarlıq edirik”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mavi sərvət əldən gedir: kim məsuliyyət daşıyır?

Next

Masazırda avtomobildə başlayan yanğın digər maşına keçib

Copyright 2026— Praqraf.com. All rights reserved