Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İshaq Dar İslamabad görüşü barədə Əraqçini məlumatlandırıb
DÜNYA

İshaq Dar İslamabad görüşü barədə Əraqçini məlumatlandırıb

29 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə iranlı həmkarı Abbas Əraqçi arasında şənbə günü telefon danışığı baş tutub.

Paraqraf.com İran mediasına istinadən xəbər verir ki, söhbət zamanı ABŞ və İsrailin İrana hücumları müzakirə olunub.

“Region ölkələri və beynəlxalq ictimaiyyət ABŞ ilə İsrailin qanunsuz hücumları və beynəlxalq hüquq normalarına zidd addımlarına etiraz etməlidir”, – A. Əraqçi bildirib.

İ. Dar isə İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü pisləyib:

“Müharibəni dayandırmaq üçün səy göstəririk. İslamabadda Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin dördtərəfli görüşü də buna hesablanıb”.

Pakistanın XİN rəhbəri region ölkələrinin səyləri ilə müharibənin dərhal dayandırılması, eləcə də regiona təhlükəsizlik və sabitliyin qayıtmasına ümid etdiyini bildirib.

Sözügedən telefon danışığı barədə daha əvvəl Pakistan XİN məlumat yaymışdı.

Qeyd edək ki, İslamabadda Pakistan, Türkiyə və bir sıra digər ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Yaxın Şərqdə gərginliyin azaldılması və İran ətrafındakı vəziyyətə dair iki günlük danışıqlar başlayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İshaq Dar və Fidan regionda sülhün təşviqi üçün dialoqun vacibliyini vurğulayıb

Next

Britaniya Hörmüz boğazının minalardan təmizlənməsi üçün baza hazırlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved