Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
SİYASƏT

Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır

29 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Paraqraf.com xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə “X” sosial media hesabında paylaşım edib.

“Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!” – C. Bayramov paylaşımda qeyd edib.

Daha əvvəl İranın XİN başçısı Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, 18 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana ikinci humanitar yardım göndərilib.

Azərbaycandan İrana ilk humanitar yardım isə martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xalq artisti Rasim Balayev vəfat etdi

Next

Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb

Copyright 2026— Praqraf.com. All rights reserved