Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Dağıstanda leysan yağışları səbəbindən 60 mindən çox insan işıqsız qalıb
DÜNYA

Dağıstanda leysan yağışları səbəbindən 60 mindən çox insan işıqsız qalıb

28 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Bölgədə güclü leysan yağışlarından sonra Dağıstanı su basıb, güclü su axınları avtomobilləri yuyub aparır.

Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Ən ağır vəziyyət Mahaçqalada müşahidə olunur – şəhərdə 20-yə yaxın ev su altında qalıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilib, 60 mindən çox insan işıqsız qalıb.

Dərbənddə yerli çaylar daşması nəticəsində yolları su basıb. Təbii fəlakət nəticəsində Xasavyurtda dəmir yolu körpüsü dağılıb. Bütün fövqəladə xidmətlər yüksək hazırlıq rejiminə keçirilib, kommunal xidmət işçiləri artıq daşqının fəsadlarının aradan qaldırılması üzərində işləyir.

“Rosseti Severnıy Kavkaz” SC-nin filialı olan “Daqenerqo” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Mahaçqalada güclü yağışlar səbəbindən üç yarımstansiya su altında qalıb.

“Əlverişsiz hava şəraiti nəticəsində Dağıstanın 16 rayonunda və Mahaçqala şəhərində elektrik təchizatı qismən məhdudlaşdırılıb”, – məlumatda deyilir. Daha əvvəl verilən məlumata görə, elektrik ötürücü xətlərində qısaqapanmalar səbəbindən Dağıstanın səkkiz rayonunun 132 kəndində elektrik enerjisi kəsilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tailand Hörmüz boğazı vasitəsilə neftin təhlükəsiz daşınması üçün İranla danışıqlar aparıb

Next

Zülfüqari: İran ordusu ABŞ bazasına zərbə endirib, bir təyyarə məhv edilib, üçü zədələnib

Copyright 2026— Praqraf.com. All rights reserved