Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Amerikalı basketbolçu Maykl Rayt: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”
İDMAN

Amerikalı basketbolçu Maykl Rayt: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”

28 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır.

Paraqraf.com xəbər verir ki, bunu “Quba”nın ABŞ-dən olan basketbolçusu Maykl Rayt klubun mətbuat xidmətinə müsahibəsində deyib.

“Düşünürəm ki, Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır. Xüsusilə “Sabah”a qarşı oynamaq fürsətindən zövq aldım. Onlar çox yaxşı komandadır və əvvəlki mövsümdə liqanı qazanan komandaya qarşı oynamaq həmişə maraqlıdır. Ümid edirəm ki, pley-offda onlarla yenidən oynaya biləcəyik”, – deyə hücumameyilli müdafiəçi bildirib.

O, fasilədən əvvəlki son turda “Lənkəran”ı məğlub etdikləri görüşü yada salıb:

“Bu, çox yaxşı komanda qələbəsi idi. “Lənkəran” komandası çətin bir il keçirdi, ona görə də qalib gəlməli olduğumuz bir matç idi. Komandamızın oyunundan razıyam. Həqiqətən də kollektiv oyun göstərərək qazandıq. Komandamız qarşılaşmanı qazandığı müddətdə öz oyunumdan razıyam. Qələbə matçın ən vacib hissəsidir”.

M.Rayt bu gün müntəzəm mövsümün son turunda “Naxçıvan”la keçirəcəkləri oyuna toxunub:

“Naxçıvan” çox güclü komandadır. Onlarla hər oyun çətin keçir. Bu dəfə də belə olacağını düşünürəm. Amma komanda şəklində güclü oynasaq, inanıram ki, qələbə qazanacağıq”.

28 yaşlı basketbolçu “Quba”nın cari mövsümdə çıxışını dəyərləndirib:

“Daha yaxşı çıxış edə bilərdik. Amma buna mane olan səbəblər var. Zədəlilər və komandadan ayrılanlar oldu. Lakin inanıram ki, komandamız hazırda ən yaxşı formadadır. Biz pley-off görüşlərinə hazırıq”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ADSEA: Respublikanın əksər çaylarında sululuq artıb

Next

Şərif və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved