ABŞ ilk dəfə olaraq Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı təyyarələrini satmaq niyyətindədir.
Paraqraf.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Mayamidə keçirilən investisiya forumunda açıqlayıb.
“İlk dəfə olaraq Səudiyyə Ərəbistanına F-35 satmaq barədə razılığa gəldik. F-35-lər heyrətamizdir və biz onları çox az miqdarda satırıq”, – o qeyd edib.
Trampın sözlərinə görə, krallıq həmçinin NATO-dan kənarda ABŞ-nin əsas müttəfiqi kimi tanınıb.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
