Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Yevda Abramovun genetik xəritəsi: Ata xətti Harun peyğəmbərlə, məclis yolu isə Qırmızı Qəsəbədən keçib!
MANŞETSİYASƏT

Yevda Abramovun genetik xəritəsi: Ata xətti Harun peyğəmbərlə, məclis yolu isə Qırmızı Qəsəbədən keçib!

26 Mart 2026 1 Min Read
PAYLAŞIN:
Milli Məclisinin sabiq millət vəkili, yəhudi əsilli mərhum deputat Yevda Abramovun genetik mənşəyi məlum olub.
Paraqraf.com Modern.az-a istinadla xəbər verir ki, bunu genetik tədqiqatçı, DNT layihəsinin administratoru Orxan Xansuvar bildirib.
Aparılan analizlərə əsasən, Yevda Abramovun Y-DNT nümunəsi J1 haploqrupunun Z18271 subkladının ZS2458 qoluna aid edilib. Bu yolla Yevda Abramovun ata xətti üzrə təxminən 1000-1400 il əvvəl İraq ərazisində Kohen nəslinə mənsub olan iki müxtəlif yəhudi nəsli ilə əlaqəli olduğu üzə çıxıb.
Bu genetik göstəricinin Musa peyğəmbərin böyük qardaşı, Harun peyğəmbərin soyundan gələn şəxslərdə müşahidə olunduğu vurğulanır.
Bildirilib ki, test nümunəsi birbaşa Yevda Abramova məxsus olub və fərdi xarakter daşıyır.
Qeyd edək ki, Hz. Harun yəhudi dini ənənəsində peyğəmbər və ilk baş kahin (baş keşiş) hesab olunur. Onun nəslindən gələnlər yəhudilikdə xüsusi dini statusa malik olub və “kohen” adlandırılır.
“Kohen” termini isə Kohen yəhudi dini iyerarxiyasında kahinlər sinfini ifadə edir və bu status ənənəvi olaraq ata xətti ilə nəsildən-nəslə ötürülür.
Qeyd edək ki, Yevda Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. O III, IV və V çağırış Milli Məclisin deputatı seçilib. Sabiq millət vəkili 2019-cu ildə, 71 yaşında vəfat edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ-nın keçmiş prezidentinin müşavirindən: “Erməni soyqırımı iddiaları əsassızdır, iki milyon türk qətlə yetirilib”

Next

Deputatdan sərt sözlər: “Mən günahkaram ki, kiməsə 300-500 manat maaş verirlər?”

Copyright 2026— Praqraf.com. All rights reserved