Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ-nin müvəqqəti işlər vəkili hərbi hospitalın vurulmasına görə İraq XİN-ə çağırılacaq
DÜNYA

ABŞ-nin müvəqqəti işlər vəkili hərbi hospitalın vurulmasına görə İraq XİN-ə çağırılacaq

25 Mart 2026 1 Min Read
PAYLAŞIN:

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani Xarici İşlər Nazirliyinə (XİN) İraq hərbi bölmələrinə endirilən zərbə ilə əlaqədar ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilini çağırmağı tapşırıb.

Paraqraf.com “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin ofisi məlumat yayıb.

İraqın Müdafiə Nazirliyi və təhlükəsizlik xidmətlərindəki mənbələrdən bildirilib ki, bu gün daha əvvəl endirilmiş zərbə nəticəsində 7 hərbçi ölüb və 13 nəfər yaralanıb.

Zərbə rəsmi olaraq İraq silahlı qüvvələrinin bir hissəsi olan iranyönümlü silahlı dəstə koalisiyası – “Xalq Səfərbərlik Qüvvələri”nə məxsus obyektə endirilib. ABŞ öz növbəsində koalisiyanı terror təşkilatları siyahısına daxil edib.

Daha əvvəl KİV İraq Müdafiə Nazirliyinə istinadən Ənbar əyalətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi barədə məlumat yayıb, bunun nəticəsində 7 hərbçi ölüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İsrail İranın yeganə sualtı tədqiqat mərkəzinə zərbə endirib

Next

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved