Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Rəsulzadənin öz əli ilə əkdiyi ağac
CƏMİYYƏT

Rəsulzadənin öz əli ilə əkdiyi ağac

24 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Tədqiqatçı-jurnalist Nəcibə Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı diqqətçəkən paylaşım edib.

Paraqraf.com Musavat.com-a istinadən xəbər verir ki, araşdırmaçı Rəsulzadənin Ramana kəndi ərazisində öz əli ilə əkdiyi qocaman qarağac ağacının fotosunu ictimaiyyətlə bölüşüb.

Nəcibə Bağırzadə bildirib ki, sözügedən ağacın yaşı 100 ildən çoxdur. Onun sözlərinə görə, bu ağacla bağlı araşdırmasını illər əvvəl “Mənim qarağacım” adlı məqaləsində dərc etdirib.

Araşdırmaçı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin Ramana kəndi və burada yaşayan müsavatçılarla sıx əlaqələri olub. Bildirildiyinə görə, qarağac ağacı Rəsulzadə tərəfindən dostu Muradın həyətində əkilib. Murad isə sonradan oğluna dostunun – Məhəmməd Əmin bəyin adını verib. Həmin adaşın məzarı hazırda Ramana qəbiristanlığında yerləşir.

“Ramanaya hər gedəndə mütləq o qarağacı da salamlayıram. Məhəmməd Əmin Rəsulzadənin ideyaları, əsərləri, keçdiyi yol kimi, bütün yadigarları dəyərlidir. Sonsuz sevgi və minnətdarlıqla yad edirəm”, – deyə Nəcibə Bağırzadə paylaşımında vurğulayıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həsən Məmmədov: gənc jurnalist və media meneceri

Next

Quşların kütləvi ölümü araşdırılır

Copyright 2026— Praqraf.com. All rights reserved