Azərbaycanlı müğənni Sevda Kazımova sosial şəbəkədə duyğusal paylaşımı ilə diqqət çəkib. Sənətçi vəfat etmiş həmkarı Aslan Hüseynovun məzarı önündə çəkilmiş görüntülərini izləyiciləri ilə bölüşüb.
Paylaşımda mərhum dostuna olan dərin həsrətini ifadə edən müğənni, onun yoxluğunun hələ də ağır hiss olunduğunu bildirib. “Dilimdən düşməyən əziz Aslanım… Yerin elə görünür ki…” sözləri ilə o, hisslərini səmimi şəkildə dilə gətirib.
Görüntülərdə sənətçinin məzar önündə kövrəldiyi anlar yer alıb. Paylaşım izləyicilər tərəfindən də böyük həssaslıqla qarşılanıb, mərhumun ruhuna dualar edilib.
Qeyd edək ki, Aslan Hüseynov 2021-ci ildə vəfat edib və sənət dostları tərəfindən daim hörmətlə yad olunur.
![]()
Visited 13 times, 1 visit(s) today
