Air Canada Express təyyarəsinin La Quardia hava limanında nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla 41 nəfər xəstəxanaya çatdırılıb.
Paraqraf.com-un CNBC-yə istinadən verdiyi məlumata görə, bu barədə hava limanı administrasiyasının icraçı direktoru Ketrin Qarsiya bildirib.
“Nyu-Yorkdakı La Quardiya hava limanında “Air Canada Express” təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində təyyarənin iki pilotu həlak olub”, – məlumatda bildirilib.
Onun sözlərinə görə, zərər çəkənlərdən bəziləri ciddi xəsarətlər alıb, lakin kritik yaralananların sayı dəqiqləşdirilməyib.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
