“Mançester Siti” klubu finalda “Arsenal”ı 2:0 hesabı ilə məğlub edərək futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi olub.
Paraqraf.com xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən qarşılaşmada ilk qol 60-cı dəqiqədə vurulub.
Belə ki, “Siti” akademiyasının 21 yaşlı yetirməsi Niko Oreyli hesabı açıb, 64-cü dəqiqədə isə dubla imza atıb.
Bununla da “Mançester Siti” tarixində doqquzuncu dəfə bu titula sahib çıxıb.
Keçən il “Nyukasl” İngiltərə Liqa Kubokunu qazanıb. Finalda “sağsağanlar” “Liverpul”u 2:1 hesabı ilə məğlub ediblər.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
