Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 23
  • 46 il gecikən savaş –Karter cürətli olsa və Moskva qoysa, İran 1980-ci ildə vurulardı

46 il gecikən savaş –Karter cürətli olsa və Moskva qoysa, İran 1980-ci ildə vurulardı

admin 23 Mart 2026 7 minutes read
ab1e4f3cdd3a2b3f05f0e45778fe72f0
PAYLAŞIN:

Bu gün İran ətrafında baş verən hadisələrin qaynağında 1979-c ildə İranda baş verən islam inqilabı durur.

Məhz həmin il İsrail-İran və İran-ABŞ müttəfiqliyi başa çatıb və tezliklə açıq, qatı düşmənçiiyə çevrilib.

Hakimiyyətə gələn teokratik qüvvələr İsraili “cümlə xəyanətlərə bais”, “Yer üzündən silinməli dövlət” elan ediblər, ABŞ biznesini ölkədən qovublar, milyardlarla Amerika sərmayəsi yatırılmış biznes sahələrini milliləşdiriblər, hələ ABŞ səfirliyini bütün şəxsi heyəti ilə birlikdə girov götürüb əsir saxlayıblar.

Prinsipcə, indiki müharibə hələ 1979-cu ilin noyabrından sonra, Tehrandakı ABŞ səfirliyi işğal olunarkən baş verə bilərdi. Ancaq o zamankı ABŞ administrasiyası dişsiz və qətiyyətsiz davranıb, həm SSRİ-nin qonşuluğunda müharibəyə başlamaqdan, həm də girov götürülmüş diplomatlara xətər toxunacağından qorxaraq, məsələni diplomatik yolla həll etməyə çalışıb.

Nəticədə amerikalı diplomatlar (cəmi 53 adam) 1979-cu ilin 55 gününü, 1980-ci ili bütöv şəkildə iranlıların əsarətində keçirib. Onları yalnız 1981-ci ilin 20 yanvarında, yeni ABŞ prezidenti Ronald Reyqanın andiçmə mərasiminin başlamasından bir neçə dəqiqə sonra azad ediblər.

253852_original.jpg (495 KB)

Tələbələri qızışdırıb qabağa vermiş, onların əiylə dünya diplomatiya tarixinin ən ekstremist olayını törətmiş iranlı ayətullahlar ABŞ-nin yeni prezidentindən ciddi şəkildə çəkiniblər. Çünki 1980-ci il seçki kampaniyası zamanı Reyqan İrana qarşı sərt ritorikası ilə tanınmışdı və girovlar andiçmə mərasimi zamanı azad edilməsəydi, o, Karter administrasiyasından daha aqressiv hərəkətlər edəcəkdi.

Gözlənilirdi ki, Reyqan prezident kürsüsünə oturandan sonra İrana ultimatum verəcək, Tehranı birbaşa hərbi əməliyyatla (məsələn, İran limanlarını bloklamaq və ya infrastrukturu hədəf almaq) hədələyəcək. Onun seçkiqabağı çıxışlarında belə bir mövqe tutacağının anonsları olub.

Kampaniya zamanı Reyqan terrorçularla (onları “barbar” adlandırırdı) danışıqlar aparmayacağını bildirmişdi.

Ancaq İranın dini rəhbərliyi girovları Reyqanın inauqurasiyası başlanan kimi azad edərək, həm onun qolunu soyudublar, həm də özlərini münaqişənin qalibi kimi təqdim edə biliblər.

Bu hadisənin əsas nəticəsi o olub ki, ABŞ və İran arasında diplomatik münasibətlərə birdəfəlik son qoyulub. ABŞ-nin sonrakı administrasiyaları da bu təhqiri unutmayıblar. Trampın hazırda İrana qarşı tutduğu aqressiv mövqe göstərir ki, o, hələ gəncliyində bu həqarəti ürəyinə salıb və qisas barədə düşünüb.

669595.jpeg (75 KB)

Budur, həmin gözlənilən gün yetişib. ABŞ 46 ildən sonra olsa da 53 vətəndaşının girov götürülməsi hadisəsinin, İrandan qovulmasının, bu ölkədə milyardlarla dollar investisiyasının batmasının qisasını alır. Bu, 46 il gecikmiş müharibədir.

Həmin hadisənin isə İranda hakimiyyəti götürmüş teokratik qüvvələrin ölkə daxilində nüfuz qazanmasında, mövqelərinin möhkəmlənməsində böyük rolu olub. Şah rejimindən, SAVAK-ın gizli xidmətinin repressiyalarından, ölkənin sərvətlərinin əcnəbilər tərəfindən tarmar edilməsindən bezmiş xalq ABŞ ilə dirəşən, onu “yerində oturdan” mollalara kütləvi rəğbət bəsləməyə başlayıblar.

Əslində İranda islam inqilabını təkcə Xomeyninin tərəfdarları etməmişdi. O dövrün bütün ictimai-siyasi qüvvələri birləşərək şah rejiminin sonunu gətrimişdilər, onun meyvəsi isə Xomeyniyə və onun ardıcıllarına çatdı.

Amerikanın dizini yerə gətirəndən sonra dini qüvvələr inqilabda rolu olan başqa siyasi qüvvələri bir-bir dənləməyə başladılar, hətta öz içlərində də “təmizləmə” işi apardılar. Arada demokratik idarəetmə tələb edən prezidentlər, baş nazirlər, nazirlər devrildi, sui-qəsdə məruz qaldı, edam olundu. Axır ki, İranda dini diktatura bərqərar edildi.

Yuxarıda SSRİ-nin həmin dövrdəki mövqeyi barədə bir cümlə yazdıq, indi daha ətraflı bəhs edək.

1979-cu ildə İranda baş verən islam inqilabı zamanı Sovet İttifaqının mövqeyi ikili və ehtiyatlı olub.

xommen.JPG (98 KB)

SSRİ Qərbpərəst siyasət yürüdən və ABŞ-nin müttəfiqi olan şah Məhəmmədrza Pəhləvinin devrilməsini məmnunluqla qarşılayıb, elə 1979-cu ilin fevral ayında İran İslam Respublikasını ilk tanıyanlardan biri olub. Kreml ayətullah Xomeyninin hakimiyyətə gəlməsinin ABŞ-nin bölgədəki təsirini zəiflədəcəyinə ümid edib. Sovet təbliğatı inqilabın Amerika əleyhinə ritorikasını hərtərəfli dəstəkləyib. Eyni zamanda sovet rəhbərliyi yaxşı bilib ki, inqilab yoluyla hakimiyyətə gələnlərin yolu, düşüncəsi başqadır və onlar SSRİ-ni də “kafir ölkələr”dən biri hesab edəcəklər.

Moskva islam inqilabının Azərbaycana, Orta Asiya respublikalarına ixracından çəkinib, işini ehtiyatlı tutub və SSRİ-İran sərhədini bütün perimetr boyunca ciddi şəkildə qorutdurub, ölkədən-ölkəyə keçişləri son dərəcə məhdudlaşdırıb (yalnız diplomatlar, xüsusi təyinatlı işçilər və yük maşınları).

Müstəqillik dövrünün təcrübəsi göstərdi ki, SSRİ rəhbərliyi “islam inqilabı ixracı” təhlükəsini düzgün qiymətləndiriblər. Sonradan İran qonşu ölkələrdə özünə böyük rəğbət qrupları formalaşdırmaq, casus şəbəkəsi yaratmaq, islam inqilabı etmək üçün böyük səylər göstərdi.

Xomeyninin hakimiyyətə gəlməsinə töhfə vermiş iranlı kommunistlər (“Tudə” partiyası) İranda repressiyaya məruz qalandan sonra Kremlin üzü İrandan döndü, sovet təbliğatı yeni rejimi pisləməyə başladı, ancaq Moskva Vaşinqton kimi açıq anti-İran mövqeyi də tutmadı. Sadəcə, İran-İraq müharibəsi (1980-1988) başlananda SSRİ-İran münasibətləri bir az da pisləşdi, çünki SSRİ İraqa hərbi dəstək verirdi.

Bu gün Moskvanın İrana qahmar çıxması teokratik rejimin ABŞ-yə və İsrailə qarşı olmasına görədir. Kreml İran məsələsində yenə ehtiyatlı və ikili mövqedədir. Ancaq bu dəfə RF rəhbərliyi ABŞ və İsrailin İranı bombalamasına dözümlü yanaşır, bəyanat verir, münaqişəyə hərbi müdaxilə edə biləcəyi ilə hədələmir.

Əgər Moskva 46 il əvvəl də bu cür mövqe tutsaydı və qəlbən İranın yanında olduğunu görk etməsəydi, yəqin ki, ABŞ hələ 1980-ci ildə İrana qarşı hərbi əməliyyata başlayardı.

Araz Altaylı

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp NATO-nu “kağız pələngə” çevirir: ABŞ Yaxın Şərqdə “qara dəlik” sindromu yaşayır
Next: “Məqsəd dövlətçiliyimizə və milli dəyərlərimizə zərbə vurmaqdır”

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.