Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 21
  • Onlar İranı xilas edə bilərdilər…

Onlar İranı xilas edə bilərdilər…

admin 21 Mart 2026 8 minutes read
3a43f2a448da41372a32f62195f64c5e
PAYLAŞIN:

İran prezidenti Məsud Pezeşkianın ölkəsinin idarə edilməsində tutduğu mövqe və əlində real hakimiyyət cəmləşdirən qüvvələrlə münasibəti barədə hələ keçən ilin iyununda saytımızda “Devrilmiş prezidentin xələfi – Pezeşkianın aqibəti Bənisədrinki kimi ola bilər” başlıqlı yazı vermişdik.

Bu gün həmin mövzuya yenidən qayıtmaq ona görə vacib olub ki, bildiyimiz kimi, İranda dövlətin dini və hərbi rəhbərliyinə daxil olan vəzifəli şəxslər ard-arda ABŞ-İsrail qüvvələri tərəfindən qətl edilməkdədirlər.

Bu fonda prezident Pezeşkianın önə çıxacağı, yaranmış hakimiyyət boşluğunu öz komandası ilə legitim şəkildə doğruldacağı gözlənilsə də, bu, baş vermir. Hətta əksinə, İrandan gələn xəbərlər və Pezeşkianın komandasından səslənən etiraflar göstərir ki, xalqın səsi ilə seçilmiş mülki hakimiyyətin səlahiyyət çərçivəsi bir az da daralıb. Hakimiyyət tam olaraq teokratik qüvvələrin və onların hərbi qanadının əlinə keçib.

Əslində islam inqilabından qısa müddət sonra (təxminən 6-9 ay) İranda hakimiyyət həmişə klerikalların əlində olub. Yalnız inqilabın ilk ilində İranda dünyəvi dövlətlərə xas hakimiyyət bölgüsünün təqlidinə oxşar bir şey müşahidə edilib. Ancaq Xomeyninin komandası onların axırına çıxaraq, dini rejim qurublar.

1978-1979-cu illərdə İranın şah rejiminə müxalif olan bütün qüvvələr dini lider Ruhulla Xomeyninin ətrafında birləşərək inqilab edəndə heç də teokratik qüvvələrin dövlətin idarə edilməsində şəriksiz hakim rola malik olacaqlarını düşünməyiblər. Onlar inanclı müsəlman olsalar da, Qərbdə təhsil aldıqlarından və dövlətin uğurla idarə edilməsinin optimal yollarını bildiklərindən ruhanilərin hakimiyyət orqanlarında geniş təmsilçiliyinə qarşı çıxıblar.

İranın ilk prezidenti Əbülhəsən Bənisədr də bu fikirdə olub, müvəqqəti hökumətin başçısı Mehdi Bəzirgan da, baş nazirin birinci müavini Abbas Əmir İntizami də, xarici işlər nazirləri olmuş Sadiq Qütbzadə və İbrahim Yəzdi də. Adı çəkilənlər vaxtilə İran neftini milliləşdirərək, İran sərvətlərinə çökmüş ABŞ və İngiltərəyə dirsək göstərmiş baş nazir (1951-1952) Məhəmməd Müsəddiqin tərəfdarları olublar, üçü (Bənisədr, Qütbzadə və Yəzdi) isə sonradan Xomeyninin ən yaxın silahdaşlarına çevriliblər, ayətullah Fransada olarkən ona komanda təşkil ediblər.

M.Bəzirgan “siyasi islam”ın əleyhdarı və iqtisadiyyatda “üçüncü yol”un tərəfdarı olub, İranın gələcəyini başqa cür görüb. Xomeyni onu “dindar və şəriət qaydalarına zidd heç bir şeyə meyl etməyən əla bir insan” adlandıraraq, müvəqqəti keçid hökumətinin başçısı təyin etsə də, yeni rejimin mövcudluğunun ilk aylarından etibarən Bəzirganla Xomeyninin arasında ölkənin gələcək inkişafı strategiyası ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Xüsusilə, Bəzirgan dövlətin “İran İslam Respublikası” adlandırılmasına qarşı çıxaraq fərqli bir ad təklif edib: “İran İslam Demokratik Respublikası”.

Bəzirgan şah hökumətinin keçmiş rəhbəri Əmir Abbas Hoveydanın edamına qarşı çıxıb. Keçmiş baş nazirin edamı təxirə salınıb və onu bir aydan sonra Bəzirganın xəbəri olmadan edam ediblər. O, həmçinin islam inqilabı tribunallarının özbaşına həyata keçirilməsini məhdudlaşdırmağa çalışıb, bildirib ki, təqsirləndirilən şəxslərin müdafiə hüququ olmadan keçirilən qapalı məhkəmə prosesləri inqilabın işinə zərərlidir. Ancaq baş nazirin sözü keçərli olmayıb.

Ona görə də, 1979-cu ilin mart və aprel aylarında Bəzirgan iki dəfə istefa ərizəsi yazıb, amma Xomeyni qəbul etməyib. Baş nazirin səlahiyyətsizliyi, inqilab komitələrinin hökumətə tabe olmaqdan imtina etməsi, həm liberallar, həm də radikallarla fikir ayrılıqları Bəzirganın səbr kasasını doldurub. 1979-cu ilin oktyabrında inqilabi düşüncəli tələbələr Xomeyninin razılığı ilə ABŞ səfirliyini mühasirəyə alanda və 4 noyabrda 50-dən çox amerikalı diplomatı və onların ailələrini girov götürəndə Bəzirgan etiraz edib, 6 noyabr 1979-cu ildə baş nazir vəzifəsindən istefa verib.

Bu baxımdan M.Bəzirganın hökumət başçılığı ilə M.Pezeşkianın prezidentliyini müqayisə etmək olar. Pezeşkian da ölkəsində həyata keçirilən və edam hökmü verən məhkəmələrin qarşısını ala, ümumiyyətlə, bir ölkə prezidentinin səlahiyyəti çatan çox şeyləri edə bilmir.

İranın dünyəvi, hüquqi dövlət olmasına çalışan digər siyasi xadimlər də M.Bəzirgan kimi uğursuzluqla üzləşiblər.

Bəzirganın müavini, ABŞ ilə İranın münasibətlərini bərpa etmək niyyətini ifadə edən, ABŞ səfirliyi ilə diplomatik əlaqələr saxlayan Abbas Əmir İntizam 1981-ci ildə ABŞ-nin xeyrinə casusluqda ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilib, 3 ay fasilə ilə 38 il zindanda yatıb və orada ölüb.

Xomeyninin müşaviri olsa da, fundamentalist teokratlarla kəskin toqquşmalar yaşayan, ABŞ ilə münasibətləri normallaşdırmağa və amerikalı girovlarla bağlı böhranını həll etməyə çalışan nazir Sadiq Qütbzadə axırda Xomeyniyə qarşı sui-qəsd sözləşməsində iştirakda günahkar bilinərək edam olunub.

7 ay (1979, aprel-noyabr) İranın xarici işlər naziri olan İbrahim Yəzdi klerikalların bərqərar etdiyi qəddar rejimə qarşı çıxdığı və onu “Stalinist və qeyri-islami üsullardan” getdikcə daha çox istifadə etməkdə ittiham etdiyi üçün gözdən düşüb, vəzifəsindən götürülüb və o, ölkədən mühacirət etməyə məcbur olub. İ.Yəzdi 2017-ci ildə 86 yaşında Türkiyənin İzmir şəhərində vəfat edib və orada dəfn olunub.

Liberal prezident Əbülhəsən Bənisədr isə 1981-ci il iyunun 21-də İran parlamenti tərəfindən “islam ruhanilərinə qarşı yönəlmiş fəaliyyətə” görə impiçmentə məruz qalıb. İyunun 21-dən 22-nə keçən gecə SEPAH bölmələri onun evini və iqamətgahını bağlayıb. İyunun 22-də səhər saatlarında Xomeyni fərman verərək Bənisədri İran prezidenti vəzifəsindən azad edib. Bir neçə həftə gizlənməyə məcbur olan Bənisədr İranda qalmağın təhlükəli olduğunu anlayınca əlaqələrindən yararlanaraq hərbi təyyarə ilə İranı tərk edə bilib. Çünki artıq qətli və ya edamı barədə fətva verilibmiş.

Beləliklə, teokratik qüvvələr İranda hakimi-mütləq olmaq üçün adları çəkilən şəxsləri və onların onlarla silahdaşını, eləcə də yüzlərlə tərəfdarını məhv edərək ölkədə dini mütləqiyyət bərqərar ediblər.

Həmin qüvvələr hələ də iş başındadırlar və bildikləri kimi də davam etmək istəyirlər. Onların fikrincə, ABŞ ilə, Qərblə anlaşmağa çalışan hər kəs xaindir və ölümü haqq edir.

Ona görə də Pezeşkian və onun mötədil komandası öz təşəbbüsləri ilə İranı xilas etmək üçün ABŞ və digər ölkələrlə danışıqlara gedə, hansısa real nəticəyə nail ola bilməzlər. Bu, o zaman ola bilər ki, teokratik qüvvələrin sırasında qərar, hökm vermək, müqavimət və təşəbbüs göstərmək üçün heç kim qalmasın.

Gedişat onu göstərir ki, SEPAH generallarını əvəz edən polkovniklərin sırası seyrəlincə mayorlar qabağa çıxacaq, general vəzifələrinə tutacaqlar, sonra sıra kapitanlara gələcək.

 

Xalid Kazımlı

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Çin qlobal “nüvə masası”nı niyə dağıtdı: ABŞ və Rusiyaya “soyuq müharibə” elan olundu
Next: Güclünün haqqı – Ramiz Yunusun hadisə kimi yazısı

OXŞAR MÖVZULAR

IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

admin 24 Aprel 2026
iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

admin 24 Aprel 2026
PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.