Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Antonio Quterreş: BMT Hörmüz boğazı üzrə sülh həllinin bir hissəsi ola bilər
DÜNYA

Antonio Quterreş: BMT Hörmüz boğazı üzrə sülh həllinin bir hissəsi ola bilər

21 Mart 2026 1 Min Read
PAYLAŞIN:

BMT qlobal neft və qaz tədarükü üçün əsas su yolu olan Hörmüz boğazında gərginliyin azaldılmasında fəal rol oynamağa hazırdır.

Paraqraf.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş “Politico”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, BMT hücumlar və cavab zərbələri riskinin azaldılması üzrə planın bir hissəsi ola bilər.

BMT-nin Baş katibi, təşkilatın beynəlxalq böhranlarda vasitəçilik təcrübəsini diqqətə çatdırıb.

A.Quterreş Qara dəniz təşəbbüsünü nümunə gətirib. Bu təşəbbüslə 2022-ci ilin iyulundan Rusiyanın bir il sonra iştirakını dayandırmasına qədər humanitar dəhliz vasitəsilə Ukrayna taxılı və gübrələrinin ixracı təmin edilib.

“Mənim əsas məqsədim Hörmüz boğazında keçmişdə mövcud olan şəraitə bənzər şəraitin yaradılmasının mümkün olub-olmadığını aydınlaşdırmaqdır”, – Baş katib qeyd edib.

O əlavə edib ki, BMT Fars körfəzinin əsas ölkələri və Avropa Şurası ilə əlaqələr saxlayır.

A.Quterreş vurğulayıb ki, indiki vəziyyət əvvəlkilərdən fərqlənir və onun tənzimlənməsi fərqli yanaşma tələb edir:

“Əlbəttə, bu, fərqli kontekstdir. Həll yolu da fərqli olardı. Lakin biz faydalı olmaq istərdik və sistemi idarə etməyə hazırıq. Bunun üçün bizdə işçi qrupları yaradılıb. Amma biz ABŞ və digər dövlətlərlə birbaşa işləməyə üstünlük veririk”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

Next

Ukrayna nümayəndə heyəti ikitərəfli danışıqlar üçün Mayamiyə gedib

Copyright 2026— Praqraf.com. All rights reserved