Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Paraqraf.com-un məlumatına görə, 2004-cü il təvəllüdlü Eltac Davudovun idarə etdiyi “Chevrolet Cobalt” markalı minik avtomobili yolu keçən 1982-ci il təvəllüdlü Mirzəyeva Xəyalə Əkbər qızını vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
