Neftçalada avtomobilin kanala aşması nəticəsində iki qardaş ölüb.
Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili qəfil idarəetmədən çıxıb, yolun kənarındakı kanala aşıb.
Qəza nəticəsində kənd sakinləri, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
