2025-ci ildə Azərbaycan Çin iqtisadiyyatına 9 milyon 957 min ABŞ dolları birbaşa investisiya qoyub.
Paraqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Çin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,2 %-dən 0,4 %-ə qalxıb.
İl ərzində Çin isə Azərbaycan iqtisadiyyatına 26 milyon 895 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 53 % çoxdur.
Hesabat dövründə Çinin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,2 %-dən 0,4 %-ə qalxıb.
Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.
Paraqraf.com
![]()
