İran İsrail və ABŞ-nin bölgədəki bazalarına qarşı “Gerçək vəd 4” əməliyyatının 65-ci dalğasını həyata keçirib.
Paraqraf.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən “Khabar Fouri” məlumat yayıb.
Bildirilib ki, İsrailin Hayfa şəhərindəki neft emalı zavodları, təhlükəsizlik və hərbi mərkəzlərinə raket zərbələri endirilib:
“Həmçinin “Qiyam” və “Zülfüqar” raketləri ilə ABŞ-nin Əl-Xərc (Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın cənub-şərqi) bazasındakı F-16 və F-35 qırıcılarının və casus “AWACS”ların əsas yanacaq dəstəyi mərkəzi hədəf alınıb. Bundan başqa, Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili – red.) “Şeyx İsa” bazasının komandanlıq, data-mərkəz idarəetməsi və döyüş rabitəsi vasitələrinin qərargahı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən təxminən 30 km cənub-şərqdə yerləşən strateji əhəmiyyətli hərbi hava bazası olan Əz-Zəfraya “Qədr” və “Xeybərşəkən” raketləri ilə dəqiq zərbələr endirilib”.
Paraqraf.com
![]()
