Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/“Qayıdışın yeni mərhələsi: azad olunmuş ərazilərdə sabitlik və təhlükəsizlik tam təmin olunur”
SİYASƏT

“Qayıdışın yeni mərhələsi: azad olunmuş ərazilərdə sabitlik və təhlükəsizlik tam təmin olunur”

19 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Artıq altı ildir ki, milli bayramımız olan Novruz bayramı ərəfəsində cənab Prezident işğaldan azad olunmuş ərazilərimizdə bayram tonqalı alovlandırır. Xocavənd rayonunun Xanoba kəndinə səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada yeni qayıdan sakinlərlə görüşdü.

Səfər zamanı həm infrastruktur layihələri ilə tanışlıq, həm də sakinlərlə birbaşa ünsiyyət “Böyük Qayıdış” strategiyasının uğurla və konkret layihələr əsasında icra edildiyini təsdiqləyir. Xanobanın timsalında azad olunmuş ərazilərin mövcud mənzərəsi burada tam idarəetmə və təhlükəsizliyin təmin edildiyini göstərir.

Xanoba kəndi 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatı zamanı azad olunub. Qısa vaxtda burada bərpa-quruculuq işləri həyata keçirildi və sakinlərin təhlükəsiz, firavan yaşaması üçün hər cür şərait yaradılıb.

Bir neçə gün əvvəl bu kəndə ilk köç karvanı yola salındı. Xanoba sakinləri artıq burada məskunlaşıb və ölkə başçısının Xocavənd səfərinin ən diqqətçəkən tərəfi cənab Prezidentin sakinlərlə səmimi dialoqu idi. Dövlət başçımız uzun illər məcburi köçkün həyatı yaşamış insanların əzab və sınaqdan keçdiyini xüsusi vurğuladı, tarixi torpaqlarımızın işğaldan azad olunmasını ədalətin bərpası kimi dəyərləndirdi.

Qeyd etdi ki, “biz öz milli qürurumuzu, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.” Altı ildir Qarabağ və Şərqi Zəngəzura yeni həyat qayıdır, artıq burada 80 mindən çox insan yaşayır, işləyir və təhsil alır.

Bu proqram həm humanitar, həm də genişmiqyaslı dövlət quruculuğu layihəsidir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıtması regionun etnik və sosial strukturunu bərpa edir.

Ümumiyyətlə, “Böyük Qayıdış” proqramı həm demoqrafik bərpanı, həm də iqtisadi inteqrasiyanı təmin edir. Paralel olaraq keçmiş məcburi köçkünlərin sosial rifahı da təmin olunur, əhalinin məşğulluq məsələləri də həllini tapıb.

Nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzurun bərpası nəticəsində həm dövlətin gücü, həm sosial siyasətin praktik nəticələri, həm də gələcəyə yönəlmiş inkişaf strategiyası paralel şəkildə nümayiş olunur.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir

Next

Psixoloq Ülviyyə Murtuzova: “Uşaqlara zorakılıq edən şəxslərin psixoloji problemləri olur”

Copyright 2026— Praqraf.com. All rights reserved