Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Psixoloq Ülviyyə Murtuzova: “Uşaqlara zorakılıq edən şəxslərin psixoloji problemləri olur”
MANŞETÖZƏL

Psixoloq Ülviyyə Murtuzova: “Uşaqlara zorakılıq edən şəxslərin psixoloji problemləri olur”

19 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Uşaqların fiziki və psixoloji müdafiəsi müasir cəmiyyətdə prioritet məsələlərdən biridir. Tərbiyə və intizam məqsədilə uşaqlara qarşı zorakılıq edən valideynlər və müəllimlər artıq inzibati məsuliyyətə cəlb olunacaq. Təklif olunan dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə əlavə edilən maddəyə əsasən, uşaqlara qarşı cismani və ya psixoloji zorakılıq göstərən şəxslər 200 manatadək cərimələnə biləcək. Bu tədbir yalnız cinayət məsuliyyətinə səbəb olmayan hallarda tətbiq olunacaq və uşaqların hüquqlarının qorunmasını gücləndirməyə xidmət edir.

Uşaqların fiziki və psixoloji müdafiəsini təmin etmək üçün cərimə tədbiri kifayət qədər təsirli vasitə hesab oluna bilərmi, yoxsa əlavə preventiv və təhsil yönümlü tədbirlər də zəruridir?

Psixoloq Ülviyyə Murtuzova “Paraqraf.com”a bildirib ki, uşaqlara qarşı zor tətbiqi adətən sözlü şiddət, fiziki təcavüz və psixoloji basqı kimi hallarda özünü göstərir:

“Bu cür davranışlar çox vaxt uşaqların vəziyyəti düzgün dərk etmədiyi və özlərini müdafiə edə bilmədiyi məqamlarda baş verir. Bu zorakılığı törədən şəxsləri nəzərə alsaq, onların bəzilərində davranış pozuntuları və ya psixoloji problemlər müşahidə oluna bilər. Yəni onların özlərinin düşüncələrinin beynin motor və hissələr arasında kordinasiya bağları belə yoxdur. Nə etdiklərini dərk etmədən uşaqlara şiddət göstərərək bundan zövq alan valideynlər edirsə, onlarda cərimələrin tətbiqi heç bir rol oynamayacaq. Çünki onlar cərimə tətbiqini anlamırlar. Problem yaşandıqda onu qınamaq çıxış yolu deyil. Çıxış yolu valideynlərin psixoloji durumunu sağaltmaqdır. Məhz bu zaman cəmiyyətdə uşaqlar bu vəziyyətdən xilas oluna bilər. Yoxsa təsir mexanizmi onları xilas etməyəcək. Psixoloji pozuntu ciddi xəstəlikdir — insan nə etdiyini bilmir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qayıdışın yeni mərhələsi: azad olunmuş ərazilərdə sabitlik və təhlükəsizlik tam təmin olunur”

Next

Dünya iqtisadiyyatının “boğazı” sıxılır: Avropanı dəhşətli apokalipsis gözləyir

Copyright 2026— Praqraf.com. All rights reserved