Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda ictimai nəqliyyat vasitələrinin istehsalı 5 %-dən çox artıb
İQTİSADİYYAT

Azərbaycanda ictimai nəqliyyat vasitələrinin istehsalı 5 %-dən çox artıb

19 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 20 ədəd ictimai sərnişin nəqliyyat vasitələri istehsal edilib.

Paraqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 13 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk iki ayında Azərbaycanda 70,8 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7 dəfə artıb.

Bundan başqa, yanvar-fevral aylarında Azərbaycanda 716 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 249 ədəd və ya 53,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 215 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 79 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk iki ayı ilə müqayisədə 1,3 % azdır. Bu ilin martın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-fevral aylarında ölkədə 134 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 11,2 dəfə çoxdur. Bu ilin martın 1-nə 19 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın İKT sektorunda 2 aylıq istehsalın həcmi açıqlanıb

Next

Gürcüstanın Azərbaycandan mal idxalı 2 %-ə yaxın artıb

Copyright 2026— Praqraf.com. All rights reserved