Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Paraqraf.com-un məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolu keçən Almazov Tofiq Hacıbala oğlunu hərəkətdə olan “VAZ-2107” markalı minlik avtomobili vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
