UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda bu gün müəyyənləşəcək.
Paraqraf.com-un məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutacaq.
“Barselona” evdə “Nyukasl”la üz-üzə gələcəksə, “Qalatasaray” səfərdə “Liverpul”un qonağı olacaq.
“Bavariya” doğma meydanda “Atalanta”, “Totenhem” isə “Atletiko” ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
21:45. “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə)
İlk oyun – 1:1
00:00. “Liverpul” (İngiltərə) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 0:1
00:00. “Bavariya” (Almaniya) – “Atalanta” (İtaliya)
İlk oyun – 6:1
00:00. “Tottenhem” (İngiltərə) – “Atletiko” (İspaniya)
İlk oyun – 2:5
Qeyd edək ki, ötən gün baş tutan matçlardan sonra PSJ (Fransa), “Real” (İspaniya), “Arsenal” (İngiltərə) və “Sportinq” (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.
Paraqraf.com
![]()
