Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Rəşad Həsənov: “Problemi kartda yox, qərarlarda axtarın”
MANŞETÖZƏL

Rəşad Həsənov: “Problemi kartda yox, qərarlarda axtarın”

18 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Nağdsız ödəniş sistemləri gündəlik həyatımızı xeyli asanlaşdırıb. Kartlar və mobil tətbiqlər vasitəsilə alış-verriş etmək sürətli və təhlükəsiz görünür. Bununla belə, bəzi insanlar üçün nağdsız ödənişlər xərclərə nəzarəti çətinləşdirə və impulsiv alışların artmasına səbəb ola bilər.

Maraqlıdır, nağdsız ödənişlər həqiqətən rahatlıq təmin edir, yoxsa insanların maliyyə intizamını zəiflədir?

İqtisadçı Rəşad Həsənov “Paraqraf.com”a bildirib ki, istehlakçı davranışı fərqlidir və hər hansısa addım şəxs üzərində fərqli effektlər formalaşdıra bilər:

“Müəyyən hallarda, xüsusilə kredit kartları ilə nağdsız şəkildə xərcləmə məsuliyyətsiz istehlakçı davranışını müəyyən dərəcədə təşviq edə bilər. Xüsusilə də keçid mərhələsinin ilkin dövrlərində belə bir məqam müzakirə mövzusu idi. İnsanlar ənənəvi olaraq nağd vəsaitlərə alışıblar. Bugünkü texnologiyalar nağdsız şəkildə gəlirlərin daha şəffaf idarə olunması imkanı yaradır. Bununla insanlar büdcələrinin hansı formada dəyişdiyini görə bilirlər. Bu isə insanlara daha məsuliyyətli davranmağı aşılayır. İstehlakçıların qəbul etdiyi qərarlar hər zaman rasional izah olunmur. Bununla belə, nağdsız ödənişlərdən istifadə edənlərin daha çox rəqəmsal bacarıqlara malik və yeniliklərə açıq şəxslər olduğunu nəzərə alsaq, bu insanların qərar qəbuletmədə rasionallığa üstünlük verməsi mümkündür. Nağdsız ödənişlər məsuliyyətsiz xərcləmə üçün imkan yaratmır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Next

İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir

Copyright 2026— Praqraf.com. All rights reserved