Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 18
  • Rəşad Həsənov: “Problemi kartda yox, qərarlarda axtarın”

Rəşad Həsənov: “Problemi kartda yox, qərarlarda axtarın”

admin 18 Mart 2026 2 minutes read
976704d8-22ba-4c36-9ff4-43930bcb7271
PAYLAŞIN:

Nağdsız ödəniş sistemləri gündəlik həyatımızı xeyli asanlaşdırıb. Kartlar və mobil tətbiqlər vasitəsilə alış-verriş etmək sürətli və təhlükəsiz görünür. Bununla belə, bəzi insanlar üçün nağdsız ödənişlər xərclərə nəzarəti çətinləşdirə və impulsiv alışların artmasına səbəb ola bilər.

Maraqlıdır, nağdsız ödənişlər həqiqətən rahatlıq təmin edir, yoxsa insanların maliyyə intizamını zəiflədir?

İqtisadçı Rəşad Həsənov “Paraqraf.com”a bildirib ki, istehlakçı davranışı fərqlidir və hər hansısa addım şəxs üzərində fərqli effektlər formalaşdıra bilər:

“Müəyyən hallarda, xüsusilə kredit kartları ilə nağdsız şəkildə xərcləmə məsuliyyətsiz istehlakçı davranışını müəyyən dərəcədə təşviq edə bilər. Xüsusilə də keçid mərhələsinin ilkin dövrlərində belə bir məqam müzakirə mövzusu idi. İnsanlar ənənəvi olaraq nağd vəsaitlərə alışıblar. Bugünkü texnologiyalar nağdsız şəkildə gəlirlərin daha şəffaf idarə olunması imkanı yaradır. Bununla insanlar büdcələrinin hansı formada dəyişdiyini görə bilirlər. Bu isə insanlara daha məsuliyyətli davranmağı aşılayır. İstehlakçıların qəbul etdiyi qərarlar hər zaman rasional izah olunmur. Bununla belə, nağdsız ödənişlərdən istifadə edənlərin daha çox rəqəmsal bacarıqlara malik və yeniliklərə açıq şəxslər olduğunu nəzərə alsaq, bu insanların qərar qəbuletmədə rasionallığa üstünlük verməsi mümkündür. Nağdsız ödənişlər məsuliyyətsiz xərcləmə üçün imkan yaratmır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq
Next: İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir

OXŞAR MÖVZULAR

IMG-20260504-WA0007

Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar

admin 04 May 2026
IMG-20260504-WA0006

Ekspert: “Azərbaycanda istehlak olunan məhsulların 70 faizi idxal mənşəlidir”

admin 04 May 2026
rlKQclanGPP0BPCoeHyOLLmZSsz7RKmRPChNRO3A_1200

Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

admin 03 May 2026

XƏBƏR LENTİ

Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar IMG-20260504-WA0007

Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar

04 May 2026
Ekspert: “Azərbaycanda istehlak olunan məhsulların 70 faizi idxal mənşəlidir” IMG-20260504-WA0006

Ekspert: “Azərbaycanda istehlak olunan məhsulların 70 faizi idxal mənşəlidir”

04 May 2026
İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq qxB7X5raG1UqpTZCs2UQisMRhAFloACeHzeFXEkV_1200

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq

03 May 2026
Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir i0nbVCKztRVRWBH3d4JQHMnWArCQwxBRwRnIzU7x_1200

Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir

03 May 2026
Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb mBWat6ufJU3CJvUpaEnS9MokbCgOBdzZ2R37kSIa_1200

Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

03 May 2026
INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır mMqSvSnZU9ipIZs5UuxHJHFhAl8nCsTW3TMooWba_1200

INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır

03 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.