Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 18
  • Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb

admin 18 Mart 2026 4 minutes read
nDXWeUvzmZxlXCBXRuJkR9znOO5bH6DDAkzKZymg_1200
PAYLAŞIN:

2026-cı ilin yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1765 cinayət faktı aşkarlanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, onlardan 359-u narkotik vasitələrin qanunsuz satışı, 1404-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kq 896 kq 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kq 668,1 qramını marixuana, 99 kq 071,146 qramını heroin, 32 kq 065,49 qramını tiryək, 41 kq 067,14 qramını həşiş, 6 kq 279,1 qramını digər narkotik vasitələr və 69 kq 745,737 qramını psixotrop maddələr təşkil edib.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 47milyon 855 min AZN qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilmiş, onlardan 515-i kişi, 14 qadın olmuşdur. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşındanümumilikdə 110 kq 798,356 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qr narkotik vasitə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 32 qrup halındatörədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kq 240,3 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 244 satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 335 fakt olub.

Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 319 kq 648,78 qr artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6 fakt, qrup halında olan cinayətlərin sayı 7 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 9 nəfər azalıb.

2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış heroinin çəkisi 3 kq 892,804 qr (3,8%), tiryəkin çəkisi 753,592 qr (2,3%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 532 kq 668,1 qr-n (86,0 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 266 kq 809,6 qramı (82,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 265 kq 858,5 qramı (17,3 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Cari ilin 30 yanvar tarixində müvafiq məhkəmə qərarları ilə 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsirmaddələr yandırma üsulu ilə məhv edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 284, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 707 xəstə müalicə alır.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bu ilin iki ayında 47 milyon 855 min manatlıq narkotik dövriyyədən çıxarılıb
Next: Xaçmazda maşın piyadanı vuraraq öldürüb

OXŞAR MÖVZULAR

22ml1meQ7lLhwValyr3689X40ca8RUUiSmhK6uZD_1200

Culfada kanaldan qadın meyiti tapılıb

admin 02 May 2026
6hSGDyDfRYHBuE6H2lqhu7a1V5Yund9oA8JUdmrr_1200

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

admin 02 May 2026
1611650736.dem-qazi-1-750x403

Tovuzda 73 yaşlı kişi dəm qazından boğularaq ölüb

admin 02 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib CdJnjn7Q6JCbgnrBd9by7V9Byna4FHMxsZMn8ccY_1200

İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib

04 May 2026
Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir 5C5ICD5vtiMwdYUUO0XvorgoQtzOZygw1VKyzCvF_1200

Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir

04 May 2026
İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir ZcejuSMu6Evw3Apdvi3M85HtztAdSuhiErh02ASB_1200

İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir

04 May 2026
Rusiya Merefa şəhərinə zərbə endirib: ölənlər və yaralananlar var ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Rusiya Merefa şəhərinə zərbə endirib: ölənlər və yaralananlar var

04 May 2026
Ermənistan Xorvatiya ilə strateji dialoq haqqında sənəd imzalayıb WFQH7wOXJs7N0GwrC0RZa35Rx3WFAcHfCEzgQUxN_1200

Ermənistan Xorvatiya ilə strateji dialoq haqqında sənəd imzalayıb

04 May 2026
Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar IMG-20260504-WA0007

Saatla maaş dövrü başlayır: əmək bazarında yeni qaydalar

04 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.