Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 18
  • İlham Əliyev II İlyanın vəfatı ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı verib

İlham Əliyev II İlyanın vəfatı ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı verib

admin 18 Mart 2026 2 minutes read
Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

Paraqraf.com-un məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Baş nazir.

Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.

Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya martın 17-də 93 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Next: “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində martın 20-29-da qeyri-iş günləri olacaq

OXŞAR MÖVZULAR

CdJnjn7Q6JCbgnrBd9by7V9Byna4FHMxsZMn8ccY_1200

İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib

admin 04 May 2026
5C5ICD5vtiMwdYUUO0XvorgoQtzOZygw1VKyzCvF_1200

Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir

admin 04 May 2026
ZcejuSMu6Evw3Apdvi3M85HtztAdSuhiErh02ASB_1200

İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir

admin 04 May 2026

XƏBƏR LENTİ

Azərbaycan kapoeyraçıları Münhendə keçirilən Avropa turnirində üç medal qazanıblar 2i6Vr7v0HLYh48Fj3BjPIXmyNv0K3WXNDpOalgfg_1200

Azərbaycan kapoeyraçıları Münhendə keçirilən Avropa turnirində üç medal qazanıblar

04 May 2026
Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək xx3JVnJbJXvryLfypRxNVDnsdd3SqC2qMWLZYOWC_1200

Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək

04 May 2026
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib EYrqq5V0warNRXHiz26Pyt59vzzlBk81SlADqsyv_1200

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib

04 May 2026
“Liverpul” 2014/2015 mövsümündən sonra məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb fBUGklQQ1bqJOmIilkIeS2NBYzAtMgLwg3InwBfU_1200

“Liverpul” 2014/2015 mövsümündən sonra məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb

04 May 2026
Premyer Liqa: “Qarabağ” bu gün “Turan Tovuz”la qarşılaşacaq eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: “Qarabağ” bu gün “Turan Tovuz”la qarşılaşacaq

04 May 2026
“İnter” vaxtından əvvəl İtaliya çempionu olub Fzq1XKUNFLwv1ZVcYTRI1i3VJn1Bo5aItvcjQsrv_1200

“İnter” vaxtından əvvəl İtaliya çempionu olub

04 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.