Skip to content
18 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 18
  • İlham Əliyev II İlyanın vəfatı ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı verib

İlham Əliyev II İlyanın vəfatı ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı verib

admin 18 Mart 2026 2 minutes read
Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

Paraqraf.com-un məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Baş nazir.

Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.

Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya martın 17-də 93 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Next: “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində martın 20-29-da qeyri-iş günləri olacaq

OXŞAR MÖVZULAR

fc9f2afd-88b8-30a2-a0ed-2aaee80ed1b1_1200

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

admin 18 Mart 2026
azerbaycandan-irana-novbeti-humanitar-yardim-yola-salinib-1773813338

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb

admin 18 Mart 2026
1c5529fb-c456-3459-85ed-eaa00a7bef2e_1200 (1)

Şimali Baltik Səkkizliyi ölkələrinin XİN nümayəndələri Ermənistandan Azərbaycana yollanıblar

admin 18 Mart 2026

XƏBƏR LENTİ

Rəşad Həsənov: “Problemi kartda yox, qərarlarda axtarın” 976704d8-22ba-4c36-9ff4-43930bcb7271

Rəşad Həsənov: “Problemi kartda yox, qərarlarda axtarın”

18 Mart 2026
Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq fc9f2afd-88b8-30a2-a0ed-2aaee80ed1b1_1200

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

18 Mart 2026
Ermənistanda seçki oyunu: Koçaryanın qayıdışı təhlükə siqnalıdır? IMG-20260318-WA0001

Ermənistanda seçki oyunu: Koçaryanın qayıdışı təhlükə siqnalıdır?

18 Mart 2026
Xaçmazda maşın piyadanı vuraraq öldürüb 6KmPoJtoXoT8gR7oj7cWilln8W4Ix5JxdVAmJGHX_1200

Xaçmazda maşın piyadanı vuraraq öldürüb

18 Mart 2026
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb nDXWeUvzmZxlXCBXRuJkR9znOO5bH6DDAkzKZymg_1200

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb

18 Mart 2026
Bu ilin iki ayında 47 milyon 855 min manatlıq narkotik dövriyyədən çıxarılıb FULaUV0QgTiIKIo2NVILN7fWxWToH5E036DaLPdV_1200

Bu ilin iki ayında 47 milyon 855 min manatlıq narkotik dövriyyədən çıxarılıb

18 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.