Misli Premyer Liqasında XXV tura start verilib.
Paraqraf.com-un məlumatına görə, turun ilk oyun günündə “Şamaxı” – “Araz-Naxçıvan”la qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 56-cı dəqiqədə Vladislav Veremeyev avtoqol müəllifi olub.
Bu nəticədən sonra “Araz-Naxçıvan” xallarının sayını 39-a yüksəldərək 4-cü pillədə qərarlaşıb. Yeddinci sırada olan “Sumqayıt”ın isə 32 xalı var.
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
