Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 17
  • Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib, 18-i uğur qazanıb

Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib, 18-i uğur qazanıb

admin 17 Mart 2026 2 minutes read
764df110-bccd-3585-a21e-168fb6e4287c_1200
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 17-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

Bu barədə Paraqraf.com-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılıb.

DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 181 nəfərdən 35 nəfər imtahana gəlməyib. İmtahanda 18 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 – 19 mart tarixlərində saat 14:00-dan 16:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: AVRO-2027-nin seçmə mərhələsi: Azərbaycan millisi növbəti oyununu keçirəcək
Next: Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib

OXŞAR MÖVZULAR

qcDdstMgdEkAARgZtEuSzPr88FQyVivKzL562wEp_1200 (1)

Rezidenturaya qəbul imtahanının birinci cəhdinin nəticələri açıqlanıb

admin 04 May 2026
270a4ce6-fd6f-4d12-b280-ebde57aaf2de_1200

Subbakalavrların qeydiyyatı başlayıb

admin 04 May 2026
bGmj48Xbl5O1oCoD0EJNktGmcdjDLLHj17bbpK9S_1200

Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilib

admin 03 May 2026

XƏBƏR LENTİ

Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır nXSe1cNiR9ajg9asMx3iu1akXkCwQXqeNhfNPwcH_1200

Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır

04 May 2026
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış edib dGrlhgdud8izKlkLwJ3ZbT4W0xvay5Bc1nedqPKc_1200

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış edib

04 May 2026
“Space”in yeni baş direktoru kimdir? 01KQSERDND1YVPT8XTC2PT5CWF-webp

“Space”in yeni baş direktoru kimdir?

04 May 2026
Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb vaGmznGSTAPafqUFPfQnUtlR5oBxQcIpXm4ncQnT_1200

Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb

04 May 2026
Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM 6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200

Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM

04 May 2026
AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib NHZfx0FjotYkMKaXL9nfHnllVZKKLND0dgVCHt6K_1200

AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib

04 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.