Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/MM sürücülərə protokolun surətinin təqdim edilməsi qaydasındakı dəyişikliyi qəbul edib
MANŞET

MM sürücülərə protokolun surətinin təqdim edilməsi qaydasındakı dəyişikliyi qəbul edib

17 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclis yol polisi üçün dayanma və ya durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydasındakı dəyişikliyi qəbul edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.

Bildirilib ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.

Bundan əlavə, qanun layihəsində bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyən normalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması öhdəliyi müəyyən edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qərarın rəsmi verilməsi həmin qərarın verildiyi vaxt hesab olunur. Təklif edilən növbəti dəyişiklikdə isə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab olunur.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib

Next

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved