17–18 mart tarixlərində Bakı şəhəri ərazisində nəqliyyat sıxlığının artacağı proqnozlaşdırılır. Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov məlumat verib.
Ekspertin sözlərinə görə, sürücülərə tıxacların qarşısını almaq üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Bildirilir ki, Sumqayıt istiqamətində hərəkət edənlər üçün Böyükşor–Pirşağı–Sumqayıt marşrutu daha məqsədəuyğundur. Bu istiqamət üzrə təxminən 9 kilometr əlavə yol qət edilsə də, uzunmüddətli tıxacda qalmaqdan daha sərfəli hesab olunur.
Xırdalan, Masazır və Sulutəpə ərazilərinə getmək istəyən sürücülərə isə Azadlıq prospekti–Binəqədi yolu ilə hərəkət etmək tövsiyə edilir.
Cənub istiqamətində hərəkət edənlər üçün isə Bakı Dairəvi yolu üzərindən Biləcəri, Yasamal və Badamdar istiqamətlərindən istifadə daha uyğun variant kimi göstərilir.
Ekspert eyni zamanda qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə vətəndaşları təbrik edib.
Aytac
Paraqraf.com
![]()
