2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) 4 milyard 971,7 milyon ABŞ dolları təşkil edib.
Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycanın xalis maliyyə aktivləri 5 milyard 362,7 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 398,9 milyon ABŞ dolları artıb, ayrıca kapital hesabında isə 7,9 milyon dollar kəsir olub.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
