Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Şamaxı” Premyer Liqada 300-cü, bütün turnirlərdə 400-cü qələbəsini qazanıb
İDMAN

“Şamaxı” Premyer Liqada 300-cü, bütün turnirlərdə 400-cü qələbəsini qazanıb

16 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Misli Premyer Liqasının XXIV turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.

Paraqraf.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.

“Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.

“Şamaxı” turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib. 1999/2000 mövsümündə “Xəzər Universiteti” kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib.

Azərbaycan kubokunda 60, avrokuboklarda 16, I Liqada 16, “Birlik Kuboku”nda 8 qələbəsi olan “Şamaxı” bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb

Next

“Barselona”da prezident seçkilərinin nəticələri açıqlanıb: Laporta qələbə qazanıb

Copyright 2026— Praqraf.com. All rights reserved