Skip to content
03 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 16
  • “Diplom var, iş yoxdur?” – Ekspert əmək bazarındakı reallığı açıqladı

“Diplom var, iş yoxdur?” – Ekspert əmək bazarındakı reallığı açıqladı

admin 16 Mart 2026 4 minutes read
WhatsApp Image 2026-03-16 at 15.49.12
PAYLAŞIN:

Son illərdə ali təhsil almaq gənclər üçün ən vacib hədəflərdən biri hesab olunur. Minlərlə gənc universitetlərə qəbul olmaq üçün illərlə hazırlaşır, valideynlər isə övladlarının diplom sahibi olması üçün ciddi maddi və mənəvi dəstək göstərir. Universiteti bitirmək uzun müddət uğurlu karyeranın əsas şərti kimi təqdim olunub.

Lakin müasir əmək bazarında vəziyyət əvvəlki kimi deyil. Bir çox məzun diplom əldə etsə də, ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Bəziləri isə ümumiyyətlə fərqli sahələrdə işləməyə məcbur qalır.

Maraqlıdır, universitet diplomu bu gün həqiqətən də uğurlu gələcəyin açarıdır, yoxsa sadəcə formal bir sənədə çevrilməkdədir?

Təhsil eksperti Rasim Həsənzadə “Paraqraf.com”a açıqlamasında bildirib ki, son illər universitet diplomunun əmək bazarındakı rolu dəyişməkdədir:

“Lakin bu o demək deyil ki, diplom artıq əhəmiyyətini tam itirib. Burada bir neçə vacib məqam var.

Birincisi, universitet diplomu hələ də bir çox peşələr üçün vacib ilkin şərtdir. Tibb, hüquq, müəllimlik, mühəndislik kimi sahələrdə ali təhsil olmadan peşəkar fəaliyyət göstərmək mümkün deyil. Bu baxımdan, diplom hələ də müəyyən sahələrdə peşəyə giriş üçün əsas sənəd rolunu oynayır.

İkincisi, müasir əmək bazarı artıq yalnız diplomu deyil, praktik bacarıqları, təcrübəni və digər kompetensiyaları tələb edir. Bir çox məzunun ixtisasına uyğun iş tapmaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri universitetdə əldə olunan biliklərin əmək bazarının real ehtiyacları ilə tam uyğun olmamasıdır. İşəgötürənlər isə daha çox layihə təcrübəsinə, rəqəmsal bacarıqlara, problem həll etmə və komandada işləmə kimi kompetensiyalara üstünlük verirlər. Nəticədə, universitetlərdə verilən köhnə nəzəri biliklər əmək bazarındakı qurumların diqqətini cəlb etmir və məzunlar iş tapmaqda çətinlik çəkirlər.

Üçüncüsü, son illərdə alternativ təhsil yolları da güclənməkdədir. Peşə təhsili, qısa müddətli sertifikat proqramları, onlayn kurslar və texnoloji bacarıqlar bəzi sahələrdə universitet diplomuna alternativ kimi çıxış edə bilir. Xüsusilə İT, dizayn və rəqəmsal marketinq kimi sahələrdə bacarıq və portfolio diplomdan daha çox önəm qazana bilir”.

Ekspert qeyd edib ki, bugünkü reallıqda universitet diplomunu nə tamamilə dəyərsiz hesab etmək, nə də onu avtomatik olaraq uğurlu karyeranın təminatı kimi qəbul etmək düzgün yanaşma deyil:

“Diplom artıq təkbaşına kifayət etmir. Lakin düzgün seçilmiş ixtisas, praktiki təcrübə, beynəlxalq proqramlarda iştirak və davamlı özünü inkişaf ilə birlikdə olduqda hələ də gənclərin karyera inkişafında mühüm rol oynayır. Tələbələr və gənclər ixtisaslarına uyğun təcrübə proqramlarında iştirak etməli, real əmək bazarının tələblərini öyrənməli və təhsil aldıqları dövrdə bilik və bacarıqlarını inkişaf etdirməlidirlər ki, məzun olduqdan dərhal sonra iş tapa bilsinlər.

Müasir dövrdə uğurlu gələcəyin açarı sadəcə diplom deyil, bilik + təcrübə + yumşaq bacarıqlar modelidir. Ali təhsil bu prosesdə mühüm mərhələdir, lakin uğurun yeganə zəmanəti hesab oluna bilməz”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 40 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ramazan ayı münasibətilə şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil olundu – FOTOLAR
Next: Rabitəbank və Matrix Academy “SHE Codes AI” layihəsini elan edir

OXŞAR MÖVZULAR

e42e49a4-5158-3bff-8cba-6c5d0bacaa14_1200

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

admin 02 May 2026
ZGAxJaKwvmmhASPLy1PqsXRtnuXiTbxZOY6JflcI_1200

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

admin 02 May 2026
eb8fc95a-7a51-31ef-9629-3540855a6ba1_1200

“İlmələrdə yaşayan tariximiz” adlı sərginin açılışı olub

admin 02 May 2026

XƏBƏR LENTİ

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb qW29MgwSPQNyuiy7EaFsD8IlMtvb1s16lTubaJ3L_1200

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb

02 May 2026
Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib JSQ2PJ5wi2HY32Rn2QNFLIosS7rQdmEOZSFWMc8q_1200

Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib

02 May 2026
Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb D6ChCeEZmGs5eb8QUDAG0HdPLqyZaqajFWxOcUdU_1200

Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

02 May 2026
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb 35bdea60-66d3-397e-a99d-769e2006735b_1200

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

02 May 2026
Culfada kanaldan qadın meyiti tapılıb 22ml1meQ7lLhwValyr3689X40ca8RUUiSmhK6uZD_1200

Culfada kanaldan qadın meyiti tapılıb

02 May 2026
Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ e42e49a4-5158-3bff-8cba-6c5d0bacaa14_1200

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

02 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.