Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb
İQTİSADİYYAT

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 32 % artıb

16 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (91,27 Mbps) görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 80-ci olub.

Paraqraf.com “Speedtest Global Index”ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 32 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (77,68 Mbps), İran (23,53 Mbps), Gürcüstan (44,35 Mbps), Ermənistan (82,77 Mbps), Belarusu (90,78 Mbps), Qazaxıstan (88,13 Mbps), Qırğızıstanı (86,25 Mbps) və Tacikistanı (41,85 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (420,92 Mbps), axırıncı yeri isə Kuba (3,86 Mbps) tutub.

Azərbaycan ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 94,95 Mbps sürətlə 104 ölkə arasında 50-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (681,18 Mbps), sonuncu yeri isə Boliviya (15,71 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 201 şəhər arasında 91,01 Mbps sürətlə 113-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (434,61 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,94 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 113,56 Mbps sürətlə 150 şəhər arasında 82-ci (əvvəlki aya nisbətən sabit qalıb) olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (745,89 Mbps), sonuncu yeri La Pas (Boliviya) (13,79 Mbps) tutub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda sosial sığorta daxilolmaları proqnozu 2 %-dən çox üstələyib

Next

“Şamaxı” Premyer Liqada 300-cü, bütün turnirlərdə 400-cü qələbəsini qazanıb

Copyright 2026— Praqraf.com. All rights reserved