Ukrayna Rusiya Federasiyasında silah istehsalını dəstəkləyən Rusiya və İran şirkətlərinə və fərdi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Siyahıda bu iki ölkədən 130 fiziki və 48 hüquqi şəxs, eləcə də Ukraynaya qarşı döyüşən 10 paralimpiya idmançısı yer alır.
Bunlara “Kometa” seriyalı peyk naviqasiya avadanlığı üçün komponentlərin tədarükü ilə məşğul olan şirkətlər və “Oreşnik” raket sisteminin istehsalı ilə məşğul olan müəssisələr daxildir.
Məhdudiyyətlər təkcə Ukraynaya qarşı deyil, həm də Yaxın Şərqdə istifadə edilən İran dronları və raketlərinin istehsalında iştirak edən İran şirkətlərinə və vətəndaşlarına da təsir göstərib.
Paraqraf.com
![]()
