Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/TÜRKPA Astanada səsvermə prosesini müşahidə edir
SİYASƏT

TÜRKPA Astanada səsvermə prosesini müşahidə edir

15 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Qazaxıstanda ümumxalq referendum günündə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının Astana qrupu səsvermə prosesinin müşahidəsini həyata keçirir.

Paraqraf.com xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.

“Missiya üzvləri saat 07:00-da səsvermə məntəqəsinin açılışını müşahidə ediblər və referendum günü boyunca saat 20:00-da səsvermənin bitməsinədək səsvermə məntəqələrini ziyarət etməyə davam edəcəklər. Missiya üzvləri həmçinin səsvermə məntəqəsində səslərin sayılmasını müşahidə edəcəklər”,- məlumatda bildirilib.

Referendumun müşahidəsi prosesi çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən beynəlxalq müşahidəçi qismində Türkiyənin “TRT Avaz” və “TRT Haber” telekanallarına, Çinin “CGTN” dövlət televiziyasına, həmçinin Rusiyanın “İzvestiya” informasiya agentliyi və telekanalına səsvermənin gedişatı barədə ətraflı məlumat verib.

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası referendumun müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Astana qrupunun tərkibinə parlament deputatları Məlahət İbrahimqızı (Azərbaycan), Irısbek Atajanov (Qırğızıstan), Osman Mesten (Türkiyə), TÜRKPA Beynəlxalq Katibliyinin heyəti – Baş katibin müavini Talqat Aduov, komissiya katibi Aynurə Abutalıbova, Təşkilati-inzibati məsələlər üzrə katibi Ələsgər Ağayev və Türkiyə parlamentinin əməkdaşı, nümayəndə heyəti katibi Kürşat Melih Sarıaslan daxildir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Eduard Stiprays: Azərbaycan regional dialoqun ayrılmaz hissəsinə çevrilib

Next

Fransa siyasətinə təsir edən yerli seçkilər keçirilir

Copyright 2026— Praqraf.com. All rights reserved