Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) ABŞ prezidenti Donald Trampın əvvəllər bildirdiyi kimi, hazırda Hörmüz boğazına gəmilərin göndərilməsində ciddi maneələrin olduğunu düşünür.
Paraqraf.com-un NHK-ya istinadən verdiyi məlumata görə, bunu LDP Siyasi Şurasının sədri Takayuki Kobayaşi bildirib.
Onun sözlərinə görə, hökumət hələlik mövcud vəziyyəti ölkənin yaşamını təhdid edən böhran və ya Yaponiyaya əhəmiyyətli təsir göstərə biləcək bir vəziyyət kimi qəbul etmir.
“Prezident Trampın ümid etdiyi kimi, gəmilərin yerləşdirilməsində ciddi maneələrin olduğuna inanırıq. Eyni zamanda, ümid edirik ki, hökumət İran da daxil olmaqla Yaxın Şərqdəki vəziyyətin gələcək inkişafını sakitcə qiymətləndirəcək və müvafiq tədbirlər görəcək. Ən vacibi vəziyyətin tez bir zamanda həll olunmasıdır”, – deyə Kobayaşi bildirib.
Paraqraf.com
![]()
