Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb
DÜNYA

KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb

15 Mart 2026 1 Min Read
PAYLAŞIN:

İranın yeni ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli formada Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.

Paraqraf.com xəbər verir ki, bunu İranın yeni ali rəhbəri Müctəba Xameneiyə yaxın olan yüksəkrütbəli mənbə “Al-Jarida” nəşrinə bildirib.

“Moskvada uğurlu əməliyyat keçirib və hazırda prezident saraylarından birinin nəzdindəki özəl xəstəxanada müalicə alır”,- məlumatda qeyd olunub.

Mənbənin sözlərinə görə, fevralın 28-də İrana edilən ilk hücumlar zamanı Müctəba yaralanıb. İrana hücumların davam etməsi isə onun ölkədə müalicə almasını çətinləşdirib və bu səbəbdən Xamenei Rusiya paytaxtına aparılıb:

“Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı Müctəbanın Rusiyada müalicə olunmasını təklif edib. İran rəsmiləri, o cümlədən Xamenei, Rusiyanın təklifini diqqətlə nəzərdən keçirib və təsdiqləyib”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Ən böyük şəhərlər, o cümlədən Tehran zərbələrə məruz qalıb. İranın ali rəhbəri Əli Xamenei öldürülüb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə də zərbələr endirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əraqçi ilə Fransanın XİN rəhbəri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

Next

KİV: İran və “Hizbullah” İsrailin şimalına birgə hücum həyata keçirib

Copyright 2026— Praqraf.com. All rights reserved