Skip to content
15 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 14
  • Sabiq nazir: “Ermənistan münaqişəni başlatdı, indi nəticələri ilə üzləşir”

Sabiq nazir: “Ermənistan münaqişəni başlatdı, indi nəticələri ilə üzləşir”

admin 14 Mart 2026 4 minutes read
WhatsApp Image 2026-03-14 at 19.24.27
PAYLAŞIN:

Cənubi Qafqaz regionu son illərdə mühüm siyasi və iqtisadi dəyişikliklərin yaşandığı strateji məkanlardan birinə çevrilib. Xüsusilə regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsi beynəlxalq gündəmin əsas mövzularından biri kimi diqqət çəkir. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi region dövlətləri arasında əməkdaşlığın genişlənməsi və yeni iqtisadi imkanların yaranması baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan uzun müddətdir ki, regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasını dəstəkləyir. Bu təşəbbüs təkcə iqtisadi inkişaf baxımından deyil, eyni zamanda regional sabitliyin möhkəmlənməsi baxımından da mühüm addım kimi qiymətləndirilir. Digər tərəfdən, Ermənistanın bu prosesə münasibəti və mövqeyi hələ də müzakirə mövzusu olaraq qalır.

Maraqlıdır, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması region dövlətləri üçün yeni əməkdaşlıq imkanları yaradacaqmı və Zəngəzur dəhlizi bu prosesdə hansı strateji rolu oynaya bilər?

Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov “Paraqraf.com”a bildirib ki, kommunikasiyaların bir qisminin bağlanması münaqişənin nəticəsidir:

Tofiq Zülfüqarov: “Rusiya artıq Azərbaycana heç nə edə bilməz, çünki...”  Pravda.az

“Ermənistan-Azərbaycan münaqişəsini başladan məhz Ermənistan idi. Bu baxımdan, münaqişə nəticəsində yaranan vəziyyət Ermənistanın siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər. Post-konflikt dövründə əsas məsələlərdən biri kommunikasiyaların bərpası və onların iqtisadi inkişaf üçün istifadə olunmasıdır. Bu baxımdan, bu, təbii proses hesab olunur. Normal iqtisadi əlaqələrin bərpası üçün əsas şərtlərdən biri də məhz kommunikasiya xətlərinin açılmasıdır. Azərbaycan bu məsələyə ardıcıl şəkildə diqqət yetirir və post-konflikt təşəbbüslərində xüsusi siyasi iradə nümayiş etdirir”.

Sabiq nazir əlavə edib ki, 2020-ci ildə baş vermiş hərbi əməliyyatların nəticəsində əldə olunan sənədlərdə Zəngəzur dəhlizinin bərpası Ermənistan qarşısında şərt kimi irəli sürülüb:

“Bu məsələdə Rusiya tərəfi vasitəçi kimi dəstək verib. Lakin ötən beş il ərzində bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb. Azərbaycanın kommunikasiya mövzusunda mövqeyi aydın şəkildə ifadə olunub. İlk növbədə Zəngəzur dəhlizinin, yəni Azərbaycanın iki hissəsi arasında təhlükəsiz nəqliyyat əlaqəsini təmin edən yolların bərpası vacib hesab olunur. Bundan sonra digər kommunikasiya xətlərinin açılması mümkün ola bilər. Bu istiqamətdə ardıcıl addımlar atılır”.

Diplomatın sözlərinə görə, Azərbaycan trans-regional kommunikasiya layihələrinin formalaşmasına da fəal dəstək verir:

“Orta dəhliz adlandırılan kommunikasiya xəttinin yaradılması və bu layihədə Türk Dövlətləri Təşkilatının fəal iştirakı Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Bu baxımdan, kommunikasiya xətlərinin bərpası iqtisadi inkişafı təmin edən mühüm şərt kimi qiymətləndirilir və Azərbaycan bu təşəbbüslərə aktiv şəkildə dəstək verir. Keçən il bu layihələrə böyük dünya oyunçuları da cəlb olunub”.

Diplomat həmçinin qeyd edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri ABŞ prezidentinin iştirakı ilə mühüm bir sənədə imza atıblar:

“Bu sənədin nəticəsi olaraq ‘Tripp’ adlanan layihənin icrasına başlanılıb. Müxtəlif qüvvələrin bu layihəyə qarşı çıxmasına baxmayaraq, onun həyata keçirilməsi planlaşdırılan vaxt çərçivəsində baş tutacaq”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 18 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır”

OXŞAR MÖVZULAR

abe2076b-fb09-4ff1-a8d0-df0f3d0e8300

Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır”

admin 14 Mart 2026
WhatsApp Image 2026-03-14 at 16.20.58

Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir”

admin 14 Mart 2026
N5tdt1eKXPKqPqFOPkHCx4Aolzckap0mHdllSVYp_1200

Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb

admin 14 Mart 2026

XƏBƏR LENTİ

Sabiq nazir: “Ermənistan münaqişəni başlatdı, indi nəticələri ilə üzləşir” WhatsApp Image 2026-03-14 at 19.24.27

Sabiq nazir: “Ermənistan münaqişəni başlatdı, indi nəticələri ilə üzləşir”

14 Mart 2026
Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır” abe2076b-fb09-4ff1-a8d0-df0f3d0e8300

Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır”

14 Mart 2026
Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir” WhatsApp Image 2026-03-14 at 16.20.58

Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir”

14 Mart 2026
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb O5ghvaqpX5Hg1igtCGozBNNyZZ9xBfm6W96ZqXFZ_1200

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb

14 Mart 2026
4 yaşlı uşaq su quyusuna düşüb öldü lAXsoXiUqu7ad6RA70E8bloCPwEi3gt3C3UeFaZW

4 yaşlı uşaq su quyusuna düşüb öldü

14 Mart 2026
Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı 3ce7fe36-7d87-383a-bc5a-505590abc6cb_1200

Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı

14 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.